3 manata ehtiyat hissəsi aldı,1500 manat ziyana düşdü


Keyfiyyətsiz ehtiyat hissələri alan sürücülər qənaət etməyə çalışsalar da, sonradan daha böyük xərcə düşürlər. Elə detallar var ki, onun keyfiyyətlisi ilə uzcuzu arasında 3-5 manat fərq var. Amma yenə də sürücülər ucuzunu almağa üstünlük verirlər. Avtomobil ustaları isə sürücülərə ehtiyat hissələri alarkən diqqətli olmağa çağırır. Azadpress.az xezerxeber.az-a istinadən xəbər verir ki, keyfiyyətsiz ehtiyat hissəsi alan sürücü əlavə xərcə düşüb. 3 manata alınan mühərrikin yağ süzgəci sürücünü ziyana salıb. Sürücü isə mühərrikin sırf bu səbəbdən sıradan çıxmasını çox gec öyrənib. Ustalar isə keyfiyyətli məhsulla ucuzu arasında elə də qiymət fərqi olmadığını, lakin ziyanının daha çox olduğunu deyır. Avtomobil ustası Sahil Ağabəylinin fikrincə, elə ehtiyat hissələri var ki, onları mütləq keyfiyyətlisi ilə əvəz etmək lazımdır. Çünki bəzi hallarda keyfiyyətsiz detal qaçılmaz qəzaya səbəb ola bilər. Usta həmçinin deyir ki, sürücülərin ehtiyat hissələrinin keyfiyyətlisini seçməsi çox çətindir. Çünki bazarda olan saxta malların əksəriyyəti orijinaldan seçilmir. Ona görə də hər hansı detal alarkən ustayla məsləhətləşmək tövsiyə olunur.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.