Dağlıq Qarabağın Azərbaycanlı icması erməni icması ilə dialoqa hazırdır


Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Britaniya səfiri ilə görüşüb. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Böyük Britaniyanın Bakıdakı səfiri Karol Krofts ilə görüşüb. Azadpress.az  "Report"a istinadən  xəbər verir ki, bunu icma rəhbəri bildirib. "Görüş zamanı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının işğal olunmuş ərazilərimiz azad edildikdən dərhal sonra geri dönmək əzmində olduğunu səfirin diqqətinə çatdırdım. Eyni zamanda Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə konstruktiv dialoqa hazır olduğumuzu və bu məqsədlə təmaslar qurulmasının tərəfdarı olduğumuzu qeyd etdim", -deyə T.Gəncəliyev vurğulayıb.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.