"Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq"


Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq".

Azadpress.az xəbər verir ki, prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı belə deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.