top of page

"Bu məktəblər tamamilə nəzarətsiz vəziyyətdədir"


Müəllimlərin işə qəbulu imtahanının müsabiqə və müsahibə mərhələsindən uğurla keçən namizədləri 3-4 həftəlik “məktəbşünaslıq” təlimlərinə cəlb edib onlara sinif jurnalının yazılması, məktəbdaxili qiymətləndirmə, məktəb sənədləşməsi kimi bilik və bacarıqları öyrətmək lazımdır.

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. O, Təhsil Nazirliyi qarşısında orta və ali məktəblərlə bağlı başqa təkliflər də irəli sürüb:

“Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Təfəkkür Universiteti və digər universitet və kolleclərdən diplom alan və ya ala bilməyən, diplomu dövlət nümunəli olmayan şəxsləri ixtisasları üzrə 1 və 2 illik özəl ali təhsil müəssisələrinə qəbul edib onların diplom problemlərini həll etmək olar.

Orta və ali məktəblərdə özəl ictimai təşkilatların, QHT-lərin yoxlamalar aparmasına, sorğular keçirməsinə imkan verilməli, orta və ali məktəblərin ictimaiyyətə əlçatımlılığı təmin edilməlidir. Şəffaflığın 1 günlük tədbirlərlə təmin olunması mümkün deyil.

Orta məktəb direktorlarının, müəllimlərin və universitet rektorlarının nazirliyin saytında hər tədris ilinin sonunda açıq şəkildə məmunluq sorğusunu keçirmək lazımdır. Sorğu iştirakçıları anonim olmalı, sorğuda yalnız o müəssisənin müəllim, şagird və texniki heyyətinin iştirakı təmin edilməlidir.

Təhsil Nazirliyi özəl orta məktəblər-liseylərdə tədris prosesinə nəzarəti, idarəetmə və işə qəbula təsirini artırılmalıdır. Özəl orta məktəblər tamamilə nəzarətsiz vəziyyətdədir. Təhsil haqları və idarəetmə reallığı əks etdirmir”.


bottom of page