top of page

Paşinyan erməni diasporundan narazıdır


Düşmən ölkə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yeni il bayramı tətilindən sonra erməni sahibkarlarla görüşüb və onları ölkə iqtisadiyyatına daha fəal yatırım qoymağa çağırıb. 

Azadpress.az  xəbər verir ki, “Aykakan Jamanax” qəzeti yazır. Paşinyan görüşdə sahibkarları yaşadıqları ölkələrdən başqa biznesmenləri də Ermənistana yatırım qoymaq üçün təşviq etməyə çağırıb.

“Paşinyan şikayətlənib ki, Ermənistanda baş vermiş siyasi dəyişikliklərə baxmayaraq ölkənin iqtisadi həyatında fəallıq çox aşağıdır, hərçənd gözləntilər çox idi”-qəzet yazır.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarına əsasən Ermənistanda investisiyaların yatırılması üçün ən başlıca əngəllərdən biri Azərbaycanla olan həll edilməmiş münaqişə və Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Bu əngəllər aradan qalxmadan istənilən “məxməri inqilab” Ermənistanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməz. 

Virtualaz.org-a istinadən.  


bottom of page