
Ermənistanın yeni formalaşan parlamentinin ilk iclası 14 yanvarda baş tutacaq.
Azadpress.az erməni mediasına istinadən xəbər verir ki, parlamentin açılışında Knyaz Həmidoviç Həsənov spikerlik edəcək.
Qaydaya görə, yeni sədr seçilənə qədər parlamenti ən yaşlı deputat idarə etməlidir. Knyaz Həsənovun 74 yaşı var.
Həsənovun atası 1926 ci ildə Türkiyədən Azərbaycan SSRİ-yə qaçıb. O,1945- ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. Sonra ailəsi Abovyan rayonunun Davaxaraba kəndinə köçüb.