top of page

Ermənistandakı hərbi bazaya azərbaycanlı general nəzarət edəcək


Rusiya prezidenti Vladimir Putin Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandanının müavini vəzifəsinə təyin edib.

Azadpress.az xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Rusiya dövlət başçısı ötən il dekabrın 25-də müvafiq fərman imzalayıb.

45 yaşlı Rüstəm Muradov Rusiyada kifayət qədər tanınmış və nüfuzlu generaldır. O, Dağıstanda azərbaycanlı ailəsində anadan olub. Rusiya Qəhrəmanı adı ilə yanaşı, bir sıra hərbi kampaniyalarda fəal iştirakına görə çoxsaylı orden-medallarla təltif olunub.

Yeni tapşırığına qədər general Muradov Volqaboyundakı Mərkəzi Hərbi Dairənin 2-ci ümumqoşun ordusuna komandanlıq edib.

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazası da Cənub Hərbi Dairəsinə daxildir. Subordinasiya baxımından dağıstanlı general Rüstəm Muradov müəyyən məqamlarda işğalçı ölkədə baza komandanlığına göstərişlər verir.Moderator.az-a istinadən.


bottom of page