Prezident İlham Əliyev idarəetmədə ciddi struktur islahatlarına başlayıb.
Prezidentin bu gün imzaladığı fərmana əsasən Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Və nazirliyin əsasənda “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Azərbaycanda müdafiə sənayesi naziri vəzifəsi Yavər Camalovun ölümündən sonra boş qalırdı. İlham Əliyevin fərmanına əsasən bu qərar ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi daşıyır.Azadpress.az