Bakı yaşamalı şəhərlər siyahısının axırına düşüb


Statistik bilgilər sahəsində ixtisaslaşan Numbeo.com saytı ən yaşamalı şəhərlərin reytinqini açıqlayıb.

Novator.az-ın məlumatına görə, reytinq əhalinin alıcılıq qabiliyyəti; təhlükəsizlik; səhiyyə; yaşayış dəyəri; daşınmaz əmlakın qiyməti ilə əhalinin gəlirləri arasında nisbət; nəqliyyat sıxlığı; ətraf mühitin çirklənmə səviyyəsi və iqlim meyarlarına əsaslanır.

Ən yaşamalı şəhər Avstraliyanın paytaxtı Kanberra sayılıb. Reytinq cədvəlinin son pilləsində – 226-cı yerdə Venesuelanın paytaxtı Karakas göstərilib.

Ankara 149-cu, Yerevan 167-ci, Tbilisi 172-ci, Moskva 191-ci, Bakı 197-ci, Tehran 215-ci pillədə yer alır.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.