Güclü küləyin fəsadları


Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb. Bakı şəhəri Səbail rayonunun Bayıl qəsəbəsində (“Jurnalistlər binası”nın qarşısında) elektrik dirəyi yük maşının üzərinə aşıb. “Report” xəbər verir ki, nəticədə yük maşını digər avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.Azadpress.az 



Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.