Həyat yoldaşı Arif Alışanovla boşandı


AzTv-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb.

Axşam.az-a daxil olan məlumata görə, Arif Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.

Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.

Boşanmaya səbəb kimi Arif Alışanovun son zamanlar şəxsi həyatında baş verən proseslər göstərilir. Arif Alışanovun dövlət televiziyasının sədri olmasına baxmayaraq, özünü bu posta qeyri-adekvat aparması, həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.