Elektrobuslar Gəncədə sınaqdan keçiriləcək


Belarusun “Belkommunmaş” şirkəti Azərbaycana dörd elektrobus tədarük edəcək.

Azadpress.az xəbər verir ki, elektrobuslar Gəncədə bunun üçün xüsusi təşkil olunmuş marşrutda sınaqdan keçiriləcək.

Xatırladaq ki, bir müddət əvvəl imzalanmış saziş əsasında Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

Gəncə Avtomobil zavodunda Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü həyata keçiriləcək.TREND.AZ


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.