Azərbaycan prezidenti Ukraynada qəhrəmanlıq göstərən qardaşları təltif etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovla görüşüb.  

Azadpress.az xəbər verir ki,  prezident həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Ukraynanın Nikolayev şəhərində yaşayan Ümid və Sabir Şirinov qardaşları həyatlarını təhlükəyə ataraq alovlanan avtomobilin içindən azyaşlını, qadını və bir kişini xilas ediblər. 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.