"Azersu"yun qazdığı xəndək qəzaya səbəb oldu


Bakıda daha bir avtomobil təmir üçün qazılan çuxura düşüb. Hadisə Babək prospektində baş verib. Musavat.com xəbər verir ki, saat 00:30 radələrində Babək prospektində "Mercedes" markalı 99 CA 956 dövlət nömrə nişanlı avtomobil çuxura düşüb. Hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Hadisə şahidləri deyir ki, qazılan çuxur ətrafında təhlükəsizlik tədbirləri görülmədiyi üçün sürücü yolun qazılan hissəsini görməyib.

Xatırladaq ki, bir müddət əvvəl də yaxınlıqda belə bir qəza baş vermişdi.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.