top of page

AzTV-yə yeni bədii rəhbər təyin edildi


Tanınmış rejissor, ATV-də yayımlanan "V element" layihəsinin rəhbəri və aparıcısı Ranar Musayevə AzTV-də vəzifə verilib. Azadpress.az  Baku.ws-ə istinadən xəbər verir ki, o, dövlət televiziyasında bədii rəhbər vəzifəsini icra etməyə başlayıb. R. Musayev 2013-2016-cı illərdə ATV-nin bədii rəhbəri vəzifəsini icra edib. Bundan əlavə, o, "Fort Boyard" layihəsinin kreativ prodüseri, "Türkvision-2013" mahnı müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri və kreativ prodüseri, "Bakı Avropa Oyunları-2015"də təşkil olunan paradın və konsertin, 2018-ci ildə keçirilən "Formula 1" avtomobil yarışının açılış mərasiminin, Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasiminin, Dövlət məzun gününün konsertinin quruluşçu rejissoru qismində çıxış edib. Azadpress.az 


bottom of page