Rusiya Müdafiə Nazirliyi "Poseydon" adlı pilotsuz sualtı aparatların sınağının uğurla keçfiyini elan edib. Azadpress.az xəbər verir ki, bu barədə Rusiyanın müvafiq hərbi idarəsindən bildiriblər. Məlumata görə, "Poseydon" çoxməqsədli okean sistemi olmaqla rəqibin aviadaşıyıcılarına qarşı mübarizə aparmaq və qitələrarası uzaqlıqda sahil obyektlərini məhv etməyə qadirdir. Bildirilir ki, "Poseydon"un əsas özəlliyi isə odur ki, rəqibin əks tədbirləri qarşısında praktiki olaraq 100 faiz mükəmməl müdafiədir.Azadpress.az