Gürcüstanda yaşayan azərbaycanlılarının erməni hərbçi Mixail Avaqyana ucaldılmış büstü ilə bağlı bu gün Tbilisidə saat 12:00-da parlament binası qarşısında təyin etdiyi etiraz aksiyasına icazə verilməyib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə aksiyanın təşkilatçısı Sevinc Hümbətova məlumat yayıb.
Onun bildirdiyinə görə, Tbilisi meriyasından ötən gün alınan məlumata əsasən, bugünkü aksiyaya rəsmi icazə verilməyib: “Biz aksiyanın keçirilməsi ilə bağlı Tbilisi meriyasına rəsmi olaraq məlumatı bir neçə gün öncədən vermişdik. Aksiyaya bir gün qalmış isə bunun tam əksini dedilər”.
S.Hümbətova aksiyanın mütləq keçiriləcəyini və fevral ayının 8-nə planlaşdırıldığını qeyd edib: “Aksiya tam qanuni şəkildə keçiriləcək və Tbilisi meriyasından iki gün ərzində aksiya keçirə bilməyimiz üçün lazımı cavab verilməsini tələb edəcəyik”.Azadpress.az