Yunanıstan Türkiyəni dəstəklədi


Yunanıstan Türkiyə ilə dialoqun lehinədir və bu dialoq iki xalqın və bütövlükdə regionun marağına tam uyğundur. AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində deyib. Bildirib ki, Türkiyənin 4 milyon qaçqını qəbul etməsi dünya ictimaiyyəti tərəfindən nəzərə alınmalıdır. Baş nazir Ankara ilə Afina arasında əməkdaşlığın davam etməsinə inandığını, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərin səmimiyyət və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Ərdoğanın uzun illər sonra Yunanıstanı ziyarət edən ilk Türkiyə dövlət başçısı olduğunu vurğulayıb. Qeyd edək ki, son zaman Yunanıstanla Türkiyə arasında münasibətlər bir qədər kəskinləşmişdi. Sərhəd bölgələrində baş vermiş xoşagəlməz hadisələr, hər iki tərəfdən tənqidlər, Kipr məsələsində anlaşılmazlıq, Türkiyədən qaçan hərbiçilərin Yunanıstan tərəfindən ekstradisiya edilməməsi bu münasibətləri daha da çətinləşdirirdi. Bütün bunlara baxmayaraq, iki ölkə sülhpərəst münasibətlərin heç bir şərt irəli sürülmədən inkişaf etmək barədə razılığa gəliblər.  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.