Bu gün Azərbaycanlı icmasının 8 fevralda keçirmək isdədiyi aksiyaya Tbilisi Meriyası tərəfindən icazə verilib. 24News xəbər portalına müsahibə verən Hüquqşunas Kamral Amcanoğlu bildirdi ki,8 fevral tarixində keçirilməsi nəzərdə tutulan aksiyaya, Meriyadan cavab verilib. “Dinc aksiya keçirmək sizin vətəndaş hüququnuzdur və buna biz müdaxilə edə bilmərik”. deyə meriyadan verilən cavabda bildirilib. Hüquqşunas Kamral Amcanoğlu müsahibəsində onuda bildiri ki, Meriyada görüşü zamanı keçirləcək aksiyanın dinc xarakter daşıdığını və xüsusən Gürcüstan Azərbaycan dostluquna zərər vurmaq istəyənlərə bir etiraz cavabı olacağını deyib. Bildirilib ki, aksiyada millətindən irqindən və dini baxışlarından asılı olmayaraq iştirak edən vətəndaşlar Gürcüstan və Azərbaycan dostluquna aid şaurlar səsləndirəcəklər: “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının aksiyada səsləndirilməsi nəzərdə tutulub. Məlumata görə etiraz aksiyası fevralın 8-i saat 14:00-da Gürcüstan parlamentinin qarşısında baş tutacaq.Azadpress.az