Ermənistan Suriyaya ilk yardım qrupunu göndərib.
Axar.az xəbər verir ki, göndərilən qrup 83 nəfərdən ibarət olub. Onun tərkibinə humanitar yardım üzrə mütəxəssislər, tibbi personal və onların təhlükəsizliyini təmin edəcək şəxslər daxil ediliblər.
Qrup İrəvandan Suriyanın Hələb şəhərinə gedib.
Qeyd edək ki, İrəvan Paşinyanın hakimiyyətə gəlməsindən sonra Qərbin bütün etirazlarına rəğmən Rusiyanın tələbiylə Suriyadakı Əsəd rejiminə xüsusi qrup göndərməyə razılıq verib. Belə ki, İrəvan Suriyanın bərpası məsələsində Moskvanın yanında dayanacağını da açıqlayıb.Azadpress.az