"Yaxınlarda daha mühüm qərarların şahidi olacağıq".
Azadpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tvitter paylaşımında bildirib.
Azay Quliyev qeyd edib: "Cənab Prezidentin şəhid ailələri, minimum əmək haqqı, struktur dəyişikləri və digər sahələrlə bağlı qərarları öncədən planlaşdırılmış islahatlar paketinin tərkib hissəsidir. Birilərinin bu addımları nəyəsə bağlaması ciddi qarşılanmır. Yaxınlarda daha mühüm qərarların şahidi olacağıq".