10 fevral tarixində Axalkalaki rayonu Buğaşen kəndində Mixail Avakiyanın büstü önündə dinc aksiya keçirilcək. 24New xəbər verir ki, aksiyada iştirak etmək məqsədi ilə sıravi vətəndaşlarla yanaşı təşkilatçılar rəsmi şəxsləri də dəvət ediblər. Aksiyanın təşkilatçılarından biri olan Karen Apoziyanın kanal 9-a verdiyi müsahibəsində bildirib ki, onlar bu yolla Buğaşen qəhrəmanlarına hörmət edilməsini tələb edəcəklər. O, müsahibəsində azərbaycanlı vətəndaşlar tərəfindən ötən gün parlament qarşısında keçirilən aksiyanı provokasiya kimi qiymətləndirib. Məlumat üçün qeyd edək ki, yanvarın 20-də Buqaşen kəndində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbayan-Ermənistan müharibəsində iştirak etmiş dinc insanların qətlində əli olan Mixail Avaqyana büst qoyulub.Azadpress.az