“Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında (OKMRL) müqaviləni məhv etməklə Donald Tramp və Vladimir Putin nüvə tərksilahı strukturunun da dağılmasına xeyri-dua vermiş olublar”.
Musavat.com xəbər verir ki, bu cümlə “Le Monde” qəzetinin yazarı Silviya Kaufmanın məqaləsində yer alıb.
Müəllifin fikrincə, Donald Tramp ABŞ-ın sazişdən 6 ay içində çıxdığını elan emtəklə onun ölüm hökmünü imzalayıb. Rusiya isə onsuz da müqavilənin şərtərini uzun müddətdən bəri pozmaqda davam edirmiş.
“Əslində söhbət müqavilənin xitamından daha çox, radikal şəkildə dəyişən geostrateji landşaftdan gedir. Bu landşaft isə 3 faktorla müəyyən olunur”- deyə müəllif yazır.
Siviya Kaufmanın fikrincə, ilk faktor soyuq müharibənin bitməsindən sonra formalaşan nüvə silahının yayılmaması sisteminin çökməsi ilə bağlıdır. “Bu struktur indi olduqca köhnəlib. Çünki soyuq savaş və onun bitməsnin ilk illərində nə iqtisadi, nə də hərbi cəhətdən nəhəng sayılan Çin indi kifayət qədər güc toplayıb. Indi onun orta mənzili raket istehsalı üçün əlində vasitələr çoxdur. Üstəlik, OKMRL rəsmi Pekini heç bir müddəa ilə bağlamır”,- deyə Kaufman qeyd edir.
Silaviya Kaufamın rəyinə görə, ikinci faktor Vaşinqtonun strateji təhdid barədə təsəvvürlərinin dəyişməsi ilə əlaqədardır. Çünki ABŞ üçün əsl təhdid bu gün Sovet İttifaqının zəifləmiş varisi Rusiya yox, Çin sayılır.
Üçüncü faktor isə müdafiə sistemlərinin assimmetrik xarakter daşımasıdır. Strateji araşdırmalar fondunun ekspertləri Bruno Tertre və Fransua Heysburun şərhinə görə, artıq “qüvvələr bərabərliyi” anlayışı soyuq müharibə dövründəki kimi qəbul olunmur. Həmin vaxtda iki blok arasında strateji paritet və buna uyğun olaraq raketlərin sayı ilə bağlı raızlaşma var idi. Hazırda isə silahlanma daha diversifikasiyalı xarakter alıb. Amerikalı diplomat Uilyan Bernsin söylədiyi kimi, indi böyük dövlətlər arasında qeyri-nüvə yarış sahələri açılıb. Bunlar kiberməkan, yeni raket sistemləri və müasir yüksək texnologiyalardır.
Uilyam Berns bütün bunlara baxmayaraq, nüvə silahlarına nəzarət üzrə Rusiya-ABŞ strukturunun demontajının kültəvi qırğın silahlarının yayılmaması sisteminə zərbə vuracağını düşünür.
Bu ilin fevral ayının 15 və 17-də keçiriləcək və dünyanın hərbi elitasının toplanacağı Münhen konfransının prezidenti Volfanq İşşinger bütün bunlardan dolayı Avropa Birliyi, Fransa və Almaniyanı ayılmağa səsləyib. “Biz həqiqətin gözlərinə dik baxmalıyıq. Hazırda sağalmaz bir xəstəliklə - mövcud beynəlxalq sistemin çökməsi ilə üz-üzəyik”- deyə o, “Handelsblatt” qəzetinə söyləyib.Azadpress.az