top of page

İsveçrənin bu şəhərində müsəlmanlara yeni qadağa tətbiq edilir


İsveçrənin Cenevrə vilayətində  müsəlmanlara qarşı sərt qərar qəbul edilib. 

Publika.az xəbər verir ki, dini simvolların rəsmi qurumlarda istifadə edilməsi qadağan olunub. Buraya müsəlman partiyaların qadın üzvlərinin baş örtüyü ilə dövlət orqanlarında işləməsi də daxildir. Qanun layihəsi Ali Məclisdə keçirilən referendumda 55% səs toplayıb. Referendum ölkədə dövlət və din münasibətlərindəki çərçivələri müəyyən etmək məqsədilə təşkil edilib. Qanun layihəsi əslində ötən ilin aprel ayında qəbul edilsə də, müsəlmanlar, qeyri-hökumət təşkilatları və partiyalar bu layihəyə qarşı çıxmışdı. Beləliklə, qanun referenduma çıxarılmışdı. Qeyd edək ki, Cenevrə kantonunun  500 min əhalisi var. Bunun 6%-i müsəlmanlardan ibarətdir.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page