Tramp"Ağ ev"də nə ilə məşğuldur?


Azadpress.az xəbər verir ki, “Axios” internet nəşri ABŞ-ın dövlət başçısının son üç aydakı iş vaxtı barədə gizli mənbədən gələn məlumatı dərc edib.

Yazıya görə Ağ Evin sahibinin iş günü gec saatlarda başlayır. Bundan başqa, Trampın günün əhəmiyyətli hissəsini televizora baxaraq, qəzet oxuyaraq və tvitterdə mesaj yazaraq keçirdiyi məlum olub.

İnternet portalının verdiyi xəbərdə prezidentin iş vaxtının 60%-ni və ya 300 saatını guya sənədlərlə çalışmaq adı altında, amma əslində planlaşdırılmayan görüşlərə, telefona zənglərinə, qəzetlərə, telekanallara və sosial şəbəkələrə ayırdığı göstərilib. 3 ay ərzində rəsmi görüşlər və iclaslara həsr olunan vaxtın müddəti 77 saatı keçməyib. 38 saat isə müxtəlif tədbirlərə sərf olunub.

Saytın bildirdiyinə görə, ayın müəyyən günlərini Donald Tramp “sənədlərlə çalışmaqda” keçirir. Lakin ABŞ Konqresinə keçən ilin noyabrın 7-də keçrilən seçkilərdən sonra bəhs olunan fəaliyyət üçün cəmi 7 saat ayrılıb.

Materialda prezidentin Ağ Ev tərəfindən yaydığı həftəlik rəsmi iş qrafikinə istinadən Trampın saat 11-ə qədər ümumiyyətlə çalışmadığı göstərilib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.