Uzun müddətdir kosmosla bağlı layihələrə böyük ölçüdə sərmayə qoyan Birləşmiş Ərəb Əmirlikləri ilk astronavtını 25 sentyabr tarixində komosa göndərəcək. Publika.az xəbər verir ki, ölkənin ilk astronavtları olan Hazza əl-Mansuri və Sultan Nəyadidən biri “Soyuz” raketi ilə komsosa yollanacaq. Astronavtın kimliyinin isə may ayında açıqlanması gözlənilir. Rusiyadakı təhsillərini tamamlayaraq ölkələrinə geri dönən astronavtlar ötən günlərdə BƏƏ-nin vəliəhd şahzadəsi və ölkənin Kosmos Mərkəzinin sədri Həmdan ibn Məhəmmədn ibn Rəşid əL-Məktum ilə görüşmüşdü. Qeyd edək ki, bu varlı körfəz ölkəsi ilk yerli istehsal peyki olan “XəlifəSat”ı ötən ilin oktyabr ayında Yaponiyada yerləşən Taneqaşima Komik Mərkəzindən qalaktikaya göndərmişdi. Birləşmiş Ərəb Əmirlikləri 2117-ci ildə Marsda ilk yaşayış məskəni qurmağı planlaşdırır.Azadpress.az