Suriyadakı hansı kürd birləşmələrinin terrorçu hesab edilməsi ilə bağlı Moskva ilə Ankaranın vahid razılığa gələ bilməməsi barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri yanlışdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu bəyanatla NTV telekanalının efirində çıxış edib. “Mənim Nazirlər Kabinetimin tərkibində uzun illərdir ki, kürd qardaşlarım da işləyiblər. Lavrovun fikirləri səhvdir. Bunu Lavrovun özünə də dəfələrlə söyləməyimizə baxmayaraq, yenə belə sözlər deməsi düzgün deyil. Hesab edirəm ki, bizim xarici işlər nazirimiz (Mövlud Çavuşoğlu) artıq lazımi xəbərdarlığı edib” – Ərdoğan vurğulayıb. Azvision.az qeyd edir ki, 24 fevralda Vyetnam televiziyasına müsahibəsində Lavrov kürd birləşmələrinin terrorçu hesab edilməsi ilə bağlı Moskva ilə Ankara arasında vahid razılığın olmadığını deyib. Onun sözlərinə görə, Rusiya bu məsələdə Ankaranın narahatlığını başa düşür, “amma taxılı samandan ayırmaq və baxmaq lazımdır ki, əslində hansı kürd birləşmələri ekstremistlərdir və Türkiyənin təhlükəsizliyinə təhdid yaradır.”Azadpress.az