“Həmsədrlər Paşinyanı siyasi çərçivəyə saldı”


Əslində ATƏT-in Minsk qrupunun son açıqlaması ikibaşlı bəyanatdır. ATƏT-in verdiyi bəyanat Paşinyanı siyasi baxımdan çərçivəyə saldı. Çünki Paşinyan danışıqları üstündən atmaq istəyirdi. Guya danışıqlardan Ermənistan çəkilməli və Dağlıq Qarabağın “hökuməti” danışıqları davam etdirməli idi. Bu da, uğursuz alındı .

Bu fikirləri ATƏT-in Minsk qrupunun son bəyanatını şərh edən politoloq Cümşüd Nuriyev deyib.

O, xatırladıb ki, Azərbaycanda dəfələrlə ATƏT-in Minsk qrupu institutunun ləğv edilməsi təklifləri səsləndirilib: “Ermənistanda burada sanki iki kürsüdə əyləşmişdi. İndi Ermənistanı çərçivəyə salmaqla bizi bir növ arxayın salmaq istəyir. Hələlik qələbə yoxdur və mən qələbə görmürəm. Hesab edirəm ki, ATƏT və onun Minsk qrupu məsələyə ikilistandr yanaşma sərgiləyir. Faktiki ATƏT Ermənistanı işğalçı dövlət kimi tanınmır və yenə də tələb edir ki, sülh danışıqları olsun. Hər iki tərəfə güzəştə getmək tələb olunur. Nə vaxtdan işğal edilən tərəfdən güzəşt tələb olunur? Adolf Hitler işğal siyasəti həyata keçirmişdi və 1943-cü ildə danışıqlar vasitəsilə diplomatik danışıqlar aparılmasını təklif etdi. Faktiki olaraq həmin ərəfədə Hitler ordusu Moskvanın yaxınlığına qədər gəlmişdi və Stalinqrad müharibəsindən sonra danışıqlar təklifi irəli sürdü. O vaxt Hitler Ukrayna, Belarusiya, Pribaltikanı və Rusiyanın bir hissəsini tuta bilmişdi. Ancaq o zaman heç Antanta dövlətləri Hitlerin bu təklifinə razılıq vermədi. İndi nə oldu həmin Fransa, ABŞ və Rusiya sülh danışıqlarını tələb edir?”.

Cümşüd Nuruyevin fikrincə, nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə Anje Kasprşik, nə də Ermənistan mövqeyini dəyişən deyil: “Guya Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda iştirak etsə nə olacaq, iştirak etməsə nə olacaq. Onsuzda onlar öz sözlərini deyil, arxalarında duran gücün sözünü deyirlər. Açığını deyim ki, mən hələlik üstünlük və qələbə görmürəm. Biz barama kimi qələbələrə bürünməməliyik. Qarabağ məsələsində yalana bürünə bilmərik. Azərbaycan ordusu indi hərbi təlimlərə başlayıb. Onların başlatdığı hərbi təlimlər mənə görə, həmsdərlərin bəyanatından on qat əhəmiyyətlidir”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.