top of page

Ekspert Dövlət İmtahan Mərkəzini tənqid edib


“Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün qəbul qaydalarını əks etdirən “Abituriyent 2” jurnalını nəşr etdi. Amma deyiləndən bir gün sonra. Qəbul qaydası və çap olunan jurnalla bağlı müəyyən narahatedici məqamlar var”.

Azadpress.az Minval.info-ya istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov DİM-i tənqid edib .

O, həmin məqamları sadalayıb və qeyd edib ki, hamı konstitusiyanı bütöv şəkildə öyrənməlidir:

“1. “Abituriyent 2” jurnalı səhifə 177-178-də abituriyentlərə uğur qazanmaq üçün verilən vacib tövsiyələr hissəsində belə bir bənd var ki, Azərbaycan Respublikası Konstitusiyasını dərindən öyrənmək. Cənablar, artıq 2 ildir ki, orta məktəblərdə “Konstitusiya” fənni tədrisdən çıxarılıb. Hazırda yalnız IX sinif Azərbaycan Tarixi, paraqraf 51- də konstitusiya haqqında 1 abzas və sxem verilib ki, bu da dərindən öyrənmək üçün yetərli deyil. Qeyd olunan təklif müəllim və abituriyentləri çaşdıra bilər ki, biz konstitusiyanı bütöv şəkildə öyrənməliyik.

2. “Abituriyent 2” jurnalının sonunda 2018-ci ildə qəbul imtahanlarında formalaşmış keçid balları qeyd olunub. Bunu sadəcə jurnalın səhifə sayı dolsun deyə edildiyini düşünürəm və bu abituriyentlərə kömək etməkdən çox, çaşqınlıq yaradacaq. Çünki 2018-ci ildə formalaşmış keçid balları builki ilə eyni olmayacaq. Misal üçün, 2018-də V ixtisas qrupu üzrə 50 balla universitetə qəbul olmaq mümkün idi, amma bu il V qrupda 60 bal keçid balıdır. 2018-ci il balını görən abituriyentlərdə çaşqınlıq yarada bilər.

3. “Abituriyent 2” jurnalında ümumi müsabiqə balı qeyd olunsa da, fənlər üzrə nisbi bal məhdudiyyəti barədə məlumat yoxdur.

4. Elektron ərizə ilə bağlı marifləndirmə tədbirlərini çoxaltmaq lazımdır. Sizdə müraciət edən abituriyentlər barədə məlumat var, onların bəziləri yalnız may ayındakı, imtahanın 2-ci mərhələsini elektron ərizələrində qeyd edirlər. Özünüz də bilirsiz ki, 1-ci turda iştirak etməyən şəxsin 2 ci turdakı nəticəsinin əhəmiyyəti yoxdur. Təsdiq olunan elektron ərizələrin sayında bunu görmək olar. Yəni I-IV ixtisas qrupları ilə V qrup arasında balans hesabı pozulub.

5. “Abituriyent 2” jurnalında situasiya tipli test tapşırıqları barədə verilən informasiya yetərli deyil. Hələ də bu test tapşırıqlarının dərslikdən və ya əlavə yerdən düşməsi barədə məlumat yoxdur”.


bottom of page