Yaponiyanın avtomobil istehsalçısı - “Toyota” şirkətinin Azərbaycandakı rəsmi dileri "Toyota Bakı Mərkəzi" yeni "RAV4" və "Corolla" modellərini media nümayəndələrinə təqdim edib.
Azadpress.az.az xəbər verir ki, jurnalistlərə “RAV4”ün hibrid mühərrikli avtomobillərinin müsbət cəhətlərini haqqında məlumat verilib. Şirkət rəsmisi deyib ki, “RAV4 hibrid” üstün performansı ilə gözləntiləri doğruldub və əminliklə demək olar ki, Yaponiya bu sahədə qabaqcıl texnologiyaya malikdir.
Ətraf mühitlə bağlı narahatlıqların əsası olaraq, "Toyota" 1993-cü ilin yazında özünün 21-ci əsr avtomobil layihəsi üçün çox yüksək hədəf təyin edib – eyni sinif avtomobillər arasında yanacağa iki dəfədən çox qənaət, CO2 emissiyasının azaldılması, beş böyük oturacağın təmin edilməsi və kompakt dizaynda salona maksimal genişliyin verilməsi. Qabaqcıl Hibrid olaraq, Toyota bu 20 il ərzində özünün innovativ, özü enerji yığan Hibrid avtomobillərini təkmilləşdirməkdə davam edir və indi özünə rəqib tanımayan və hər həyat tərzinə uyğun dəbli, çevik və səmərəli Hibrid modelləri ilə qürur duyur. Bu müddət ərzində "Toyota" səmərəlilik, etibarlılıq və enerji baxımından böyük nəticələr əldə edib. Bu nəticələr davamlı olaraq sürücülər arasında etimadın artmasına gətirib çıxarmışdır – dünyada 12 milyondan çox insan "Toyota Hibrid"i seçir.
"Toyota Hibrid"lər öz siniflərində yanacaq sərfiyyatı baxımından ən sərfəli avtomobillərdəndir. Qısa məsafəli səyahətlərdə aşağı sürətdə və ya tez-tez dayanmaqla səyahət zamanı bu avtomobillər, ümumiyyətlə, yanacaq sərf etmir. Bunun səbəbi isə ondadır ki, hibridlər mümkün olduqca öz elektrik mühərriki və Hibrid akkumulyatoru hesabına işləyir. Məsələn, "Corolla Hibrid" 3.4l /100km qədər aşağı yanacaq sərfiyyatı ilə qürur duyur. Hibrid avtomobil texnologiyası ilə bağlı mürəkkəb heç nə yoxdur. Əslində, "Toyota Hibrid"i sürmək hətta adət etdiyiniz avtomobilləri sürməkdən daha asan ola bilər. Gördüyünüz kimi, özü enerji yığan Hibrid sistemimiz elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün ikisini eyni anda işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac yoxdur. "Toyota Hibrid"in qabaqcıl akkumulyator texnologiyası avtomobilin uzunmüddətli istismarına uyğun olaraq hazırlanıb. Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır. Əslində, mufta, generator və starter mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə nəzərdə tutulmayan xərclərin azalmasına gətirib çıxarır. Daha az aşınan əyləc yastıqları kimi hissələr, eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır. "Toyota" özünün Safety Sense – insanları qoruyan sistemi ilə inam yaradır. Anzen – yaponca təhlükəsizlik anlamına gələn bu söz "Toyota" yarandığı ilk gündən etibarən onun ən əsas prinsipi olub. "Toyota"da avtomobillər elə dizayn olunur ki, təhlükəsizlik avtomobilin funksiyalarından öndə gəlir – bu, avtomobilləri sürən şəxslərin həyatı deməkdir. Ciddi xəsarətlərlə nəticələnən toqquşmalar çox zaman sürücülərin vəziyyəti gec anlaması və onların müvafiq qaydada davranmamaları səbəbilə baş verir. "Toyota" hərəkət zamanı sürücülərin təhlükələr barədə xəbərdarlıq edilməsi və onların qəzalardan yayınmaları üçün bir addım öndə olmaları məqsədilə "Toyota Safety Sense" adlanan aktiv təhlükəsizlik texnologiyasını işləyib hazırlayıb. 2019-cu ildən başlayaraq bu texnologiya bizim bazara da çıxıb: Yeni nəsil "Corolla", Yeni nəsil "Rav4", "Camry", "C-HR" və "LC 200" "Toyota Safety Sense" ilə təchiz edilmiş modellərdir.
Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq sistemi də "Toyota"nın yeni özəlliyidir. Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq sistemi ilə "Toyota" hərəkət zamanı zolaqdan çıxdığınız təqdirdə sizi məlumatlandırır. Görünən zolaq nişanları olan yolda 50 km/s sürətlə hərəkət edərkən sistem görünən zolaq nişanlarını tanımaq məqsədilə xüsusi kameradan istifadə edir və zolaqdan çıxıb-çıxmadığınızı müəyyən edir. Zolaqdan çıxdığınız zaman, avtomobil audiosiqnal verir və alətlər panelinin üzərində indikator işığı yanır. Uzaq görmə işıqlarının avtomatik işə salınması sistemi (AHB) gecə vaxtı aydın görməyinizə kömək məqsədilə dizayn edilmiş (digər sürücülərin diqqətini yayındırmadan) təhlükəsizlik funksiyasıdır. 25 km/s sürətdə aktivləşdirilməsi üçün dizayn edilmiş AHB qarşıdan gələn avtomobillərin ön faralarını, eləcə də öndə olan avtomobillərin arxa faralarını müəyyən etmək üçün avtomobilin daxilindəki kameraya əsasən işləyir və daha sonra müvafiq olaraq uzaq və yaxın işıqları işə salır. Uzaq görmə işıqlarını daha tez-tez istifadə etməklə sistem piyadaların və maneələrin daha tez müəyyən edilməsinə imkan verə bilər. Dinamik kruiz control- millimetr dalğalı radar sensorundan və birgözlü kameradan istifadə etməklə avtomobillər arasında əvvəlcədən təyin edilmiş məsafənin saxlanması məqsədilə öndə gedən avtomobili və onun sürətini müəyyən edir (təyin edilmiş aralıqda). Sürücü müvafiq məsafəni idarəetmə çarxından idarə edə bilər. "Toyota Corolla" – standart olmayan standart. "Toyota Corolla" keyfiyyətli, etibarlı və davamlı avtomobil olaraq dünyada etalon kimi tanınır. 2019-cu ildə "Toyota" öz əfsanəvi sedanının on ikinci nəslini Yeni təkmilləşdirilmiş 1,6 litrlik benzin mühərriki buraxdı. Yeni Corolla cəsur və dinamik görünüşə malikdir. Onun geniş ön tərəfi və aşağı kapotu axın görüntüsü verir. Bu görüntüyə isə 17 düymlük geniş, şəbəkəli yüngül lehimli disklə və fərqli LED ön faralar da əlavə olunur. Dəbli və praktik Corolla alçaq burnundan geniş ətəyinə doğru axan incə zolaqlarla səciyyələnir. Digər Corolla modelləri kimi, tam yeni Corolla da yüksək sensor keyfiyyəti və qabaqcıl texnologiyası ilə fərqlənərək genişlik və erqonomik baxımından mükəmməl salona malikdir. Premium keyfiyyətli interyerin bəzi texnoloji özəlliklərinə 8 düymlük multimedia sensor ekran, 7 düymlük multi-informasiya ekranının intuitiv, asan istifadə olunan kombinasiyası və arxa qızdırılan oturacaqlar daxildir. "Corolla" "Toyota"nın TNGA platforması üzərində qurulmaqla tam rahat hərəkəti təmin edir. Daha möhkəm kuzov və aşağı qravitasiya mərkəzi dönmə zamanı kuzovun aşmasını azaldır, ikiqat ön asqı dəstəyi suspensiyası isə zərbələri daha rahat udur. Uzun səyahətlər zamanı yorğunluğun azaldılması üçün hətta sürmə mövqeyi də optimallaşdırılıb. Toqquşmanın qarşısını alan funksiya (PCS), Adaptiv Kruiz Kontrol (ACC), Sükan idarəetmə köməkçisi funksiyalı Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq sistemi) (LDA w/SA) və Uzaq görmə işıqlarının avtomatik işə salınması sistemi (AHB) yenilənmiş versiyalarını birləşdirir. Əlavə olaraq, Hərəkət zolağının izlənməsinə nəzarət sistemi (LTA) də mövcuddur ki, onun vasitəsilə daha üstün hərəkət dəstəyi təmin olunur. "YENİ TOYOTA RAV4" – artıq güzəşt tanımır. 1994-cü ildə "Toyota" istənilən yol şəraitində idarəetmə qabiliyyəti ilə yığcam ölçülərə və heçbekə bənzər möhkəm krossover duruşunu bir arada birləşdirən "RAV4" modelini dünyaya təqdim edib. Eyni innovasiyalı ruh təkmilləşdirilimiş performans, qabiliyyət və təhlükəsizliyi yeni eraya gətirən "RAV4" modelinin yeni beşinci nəslində müşahidə olunur. Bu yeniliklər krossoverdə "Toyota"nın yeni GA-K platformasının ilk dəfə istifadəsi ilə daha da güclənir. Aşağı qravitasiya mərkəzi və əhəmiyyətli dərəcədə artırılmış kuzov möhkəmliyi ilə, yeni "RAV4" platforması üstün idarəetməyə, sürmə rahatlığına, geniş interyerə, sinfində qabaqcıl yük yerinə (oturacaqlar yerində olmaqla 580 litr VDA), alçaq dam və yüksək kapot klirensi ilə güclü, gözoxşayan dizayn qurma sərbəstliyinə birbaşa töhfə vermiş olur. Həmçinin daha çox genişlik və komfort təmin edən salon fərqli keyfiyyət və örtük də nümayiş etdirir. Yeni 2.0 litrlik birbaşa inyeksiyalı benzin mühərriki ilə yanaşı, yeni "RAV4" özü enerji yığan hibrid transmissiya – Qərbi Avropada model üzrə müştərilərin mütləq əksəriyyətinin seçimini (2018-ci ildə 85%) – təklif etməklə öz sinfində unikal mövqeyini qoruyub saxlayır. Ön ötürücülü hərəkətdə 218 DİN at gücü, tam ötürücülü hərəkətdə isə 222 DİN at gücü təmin edən 2,5 litrlik benzin "Hybrid Dinamic Force" öz sinfində yanacağa ən yaxşı qənaət göstəricisi (qarışıq tsiklli yanacaq sərfiyyatı 4,4l/100 km*) və emissiya səviyyələri ilə (100 q/km*) enerjidə, çeviklik və səmərəlilikdə dəyişiklik gətirir. Eyni zamanda tam ötürücülü hərəkət sistemləri “istənilən yolda idarəetmə” qabiliyyətinə nail olmaq məqsədilə hərtərəfli qaydada təkmilləşdirilmişdir. Yeni "RAV4 Hibrid"in elektrik AWD-i sistemi çətin şərtlərdə daha güclü performans və sürüşkən səthlərdə idarəetmənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yenidən qurulmuş və gücləndirilmişdir. Yeni "RAV4", həmçinin, qəzaların qarşısının alınması və daha yaxşı hərəkət dəstəyinin təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların, o cümlədən avtomatik sürmə dərəcəsini tətbiq edən sistemlərdən istifadəni genişləndirən əlavə "Toyota Safety Sense" funksiyalarından yararlanan ilk "Toyota"dır. "Toyota Safety Sense"in aktiv təhlükəsizlik sistemləri optimal iş rejimini təmin etməklə, zəruri hallarda avtomatik əyləc və idarəetmə dəstəyi vasitəsilə toqquşmadan yayınma və ya qəzanın təsirlərinin azaldılmasının effektiv yollarını təqdim edir. İkinci nəsil "Toyota Safety Sense" özündə Toqquşmanın qarşısını alan funksiya (PCS), Adaptiv Kruiz Kontrol (ACC), Sükan idarəetmə köməkçisi funksiyalı Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq sistemi (LDA w/SA) və Uzaq görmə işıqlarının avtomatik işə salınması sistemi (AHB) yenilənmiş versiyalarını birləşdirir. Əlavə olaraq, Hərəkət zolağının izlənməsinə nəzarət sistemi(LTA) də mövcuddur ki, onun vasitəsilə daha üstün hərəkət dəstəyi təmin olunur.Yen Rav4 və Corolla Toyota Bakı Mərkəzində satışa çıxarılıb.