Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşdə yeni müharibə anonsunu verib. Azadpress.az Publika.az-a istinadən xəbər verir ki, Tonoyan “sülh əvəzinə ərazilər” prinsipinin dəyişdirildiyini qeyd edib. “Mən müdafiə naziri kimi deyirəm: “sülh əvəzinə ərazilər” prinsipinin əksinə olaraq biz “yeni ərazilər üçün yeni müharibə” edəcəyik. Heç vaxt güzəşt olmayacaq. Ermənistan hücum bölmələrinin sayını artıracaq. Biz səngər vəziyyətindən daim müdafiə vəziyyətindən çıxacağıq. Biz hərbi hərəkətləri rəqibin ərazisinə daşıya biləcək bölmələrin sayını artıracağıq”, - deyə o bildirib. Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada sülh danışıqları ərəfəsində Toniyanın müharibə anonsu verməsi diqqət çəkir.Azadpress.az