top of page

AKP seçkilərin nəticəsinə etiraz edib


AKP-nin etirazı qəbul edildi: səslər yenidən sayılacaq.

AKP-nin İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq. Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə baş tutacaq. Seçki qurumu AKP-nin Bəyoğlu və Sancaqtəpə ilə bağlı etirazını isə rədd edib. Qeyd edək ki, AKP İstanbulun 39 mahalında seçkinin nəticələrinə etiraz etmişdi. * * *17:25 AKP Ankarada da keçirilən seçkilərin nəticələrinə etiraz edib. Türkiyə KİV-lərinin yazdığına görə, bunu partiyanın Ankara əyalət təşkilatının sədri Hakan Han Özcan bildirib. “Ankaranın 25 rayonunda keçirilən seçkilərin nəticələrinə etirazımızı gerçəkləşdirdik. 3217 seçki qutusunda qanunsuzluq təsbit etmişik”, - deyə o vurğulayıb. * * *14:43 Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinin yekunları ilə bağlı İstanbulun 39 rayonunda etiraz aksiyası keçirəcək. Trend-in məlumatına görə, AKP bu şəhərdə nəticələrin saxtalaşdırıldığını iddia edir. Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin dəyişməz qalacağını demişdi. O bildirmişdi ki, nəticələrdən narazı qalanlar şikayət ərizəsi ilə müraciət edə bilərlər. Xatırladaq ki, martin 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 14 partiya iştirak edib. İstanbul üzrə Xalq Respublika Partiyasının namizədi Ekram İmamoğlu 4,159 milyon səs topladığı halda, hakim partiyanın (AKP) namizədi Binəli Yıldırım 4, 131 milyon səs yığıb.Azadpress.az  


bottom of page