top of page

Məşhur Şabanın oğlu Azərbaycanlı arvadı ilə


Ötən il evlənən Ali Sunal və azərbaycanlı həyat yoldaşı Nazlı Sunal alış-veriş mərkəzlərinin birində görüntülənib. Azadpress.az axşam.az-a istinadən xəbər verir ki, 4,5 aylıq hamilə olan Nazlı əri ilə restorandan çıxarkən obyektivlərə poz verib. Aktyorun Nazlının əlini buraxmaması diqqətdən yayınmayıb. Qeyd edək ki, Ali Sunal, "Şaban" ləqəbi ilə məşhurlaşan Kemal Sunalın, Nazlı Sunal isə Türkiyədə daha çox yuxarı təbəqənin tanıdığı Bülənt Qurbanzadənin qızıdır. O, 2010-cu ildə hüquq fakültəsini bitirdikdən sonra təhsilini "Paris Summer University"də davam etdirib. Dörd ildir eyni qurumda əməliyyat direktoru olaraq çalışan Nazlı Qurbanzadə "Müasir və Azad Yardımlaşma Dərnəyi"ndə layihələr üzrə dəstəkçidir. 


bottom of page