Fövqəladə Hallar Nazirliyi (FHN) “Diqlas” ticarət mərkəzinin direktor müavini Araz Rəhimovun ittihamlarına münasibət bildirib.
FHN-in mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Report-a açıqlamasında deyib ki, ticarət mərkəzinin nümayəndəsinin Nazirlik haqqında səsləndirdiyi fikir cəfəngiyatdır.
O vurğulayıb ki, “Diqlas” ticarət mərkəzində təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı Ticarət Mərkəzinin rəhbərliyinə və Nizami Rayon İcra Hakimiyyətinə müraciətlər edilib:
“Sözügedən ittihamları, ümumiyyətlə, müzakirə etməyə dəyməz. Araz Rəhimovun səsləndirdiyi fikirlər absurddur və cəfəngiyatdan başqa bir şey deyil”.Azadpress.az