"321 nömrəli tam orta məktəbin VII sinif şagirdi əvvəlcə özünü pis hiss etdiyini desə də, sonradan müəllim tərəfindən döyüldüyünü bildirib". Bu barədə Lent.az-a 1 Saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) məlumat verilib.
Xəbərdə qeyd olunub ki, uşağın onunla birlikdə gələn atası da övladının döyüldüyünü deyib: “Uşaqla birlikdə 5-6 adam gəlmişdi. Təhsil Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları da xəstəxanada idi. Uşağın müayinələrini apardıq. Vəziyyəti normal idi, amma xəstəxanada nəzarət altında qalmasını tövsiyə etsək də, atası imza ataraq övladını apardı”: - deyə xəstəxanadan bildirildi. Onu da deyək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz facebook səhifəsində bunları bildirib: “Hazırda Kliniki Tibbi Mərkəzinin 4- cu korpusundayam. 321 nömrəli məktəbin 7- ci sinif şagirdi Aqşin Hüseynzadənin yanındayam. Şagird evlərinə gedir . Həkimlərin rəyinə görə sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək”.
***
Xəbər verildiyi kimi, bu gün Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb. ONA-nın məlumatına förə, haadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb.
Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub. Məsələ ilə bağlı 321 nömrəli tam orta məktəbdən Lent.az-a verilən məlumatda qeyd olunur ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Qeyd olunub ki, sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal şagirdin valideynlərinə də məlumat verilib.
"Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib".
Bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn bununla bağlı dəfələrlə həkimə müraciət edib.
Klinik Tibbi Mərkəzdən isə Lent.az-a bildirildi ki, hazırda uşağın vəziyyəti normaldır. "Uşaq özü də döyülmədiyini deyir. Bildirib ki, səhhəti pisləşdiyindən yıxılıb".
Onu da qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.Azadpress.az