Dövlət qulluğunda yüzlərlə vakant iş yeri mövcuddur. Eyni zamanda, yüzlərlə gənc mütəxəssislər mövcuddur ki, iş axtarır. Rəqəmin bu qədər böyük olduğunu biz də təsəvvür etməzdik.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında çıxış edən Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib: "Kiminsə sosial vəziyyəti yaxşı olmaya bilər. Amma o gəncin təhsilə marağı olmaya da bilər. Deməli, onu başqa istiqamət üzrə dəstəkləmək lazımdır. Bu gün Azərbaycanda bacarıqlı gənclərlə bağlı hansısa reyestr məlumat bazası mövcuddurmu?”Azadpress.az