top of page

"İbrahimbəyov yalan danışır,gopa basır"


Azadpress.az xəbər verir ki, kinodramaturq Rüstəm İbrahimbəyov “Dojd” telekanalına müsahibə verib.

Kinossenaristin müsahibəsindəki tezislərdən biri “Qafqaz triosu” filmidir. Bu kino ilə bağlı müzakirələri ilk rejissor Ayaz Salayev açıb, filmi tənqid edən məqalə yazıb.

İbrahimbəyov isə bunun ortaya atılmasını hakimiyyətin qollarından birinin “ssenarisi” hesab edir.

Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi Ayaz Salayev “Yeni Müsavat”a bildirib ki, İbrahimbəyov yalan danışır: “Bu məsələni mən qaldırmışam, qalmaqalın mənbəyi özüməm. Ona görə dediklərimin məsuliyyətini daşıyıram, indi də cavabdehəm. Və sevinirəm ki, həmin filmlə bağlı məsələni qaldırmışam. Amma bu filmə başqa yozum verməyə çalışan adamları başa düşmürəm”.

A.Salayev qeyd etdi ki, film haqda yazdığı məqalənin hər sətirinə cavabdehdir: “Məni kimsə ittiham eləyə bilməz ki, tapşırıq almışam. O məqalədən əvvəl də kiçik bir yazım çıxmışdı. Yenə təkrar edirəm ki, İbrahimbəyov yalan danışır, gopa basır. Çünki bu filmin məqsədi o idi ki, Qarabağ işğal edilməyib, bu məsələ münaqişədir. Və guya münaqişə əsasında azərbaycanlıların ermənilərə əsassız nifrəti yaranıb. İbrahimbəyov o filminə səmimi bəraət qazandırmağa çalışan adamları məhv edir”.Musavat.com-a istinadən


bottom of page