top of page

Rusiya avia şirkətləri Gürcüstan bazarının böyük qisminə nəzarət edir


Cari ilin ilk rübündə Gürcüstanın beynəlxalq hava limanlarından 1 milyondan çox sərnişin istifadə edib.

24News xəbər verir ki, bu məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi yayıb.

Məlumata görə, bu göstərici ötən ilin analoji dövründən 21% çox olub.

Agentlik cari ilin ilk rübündə ölkə əhalisinin daha çox Rusiya aviaşirkətlərindən istifadə etdiyini bildirib. Rusiyanın iki şirkəti 16% paya sahibdir.

Macarıstanın "Wizz Air"Gürcüstan bazarının 15%-nə nəzarəti əlinə götürüb. Ondan sonrakı yerdə "Turkish Airlines" (11%), "Georgian Airways" (11%), "Pobeda Airlines" (10%) , "Ural Airlines" (6%) və Azərbaycanın AZAL şirkəti isə (5%) Gürcüstan səmasına nəzarət edir.Azadpress.az


bottom of page