"Hizbullah"ın Azərbaycanda nümayəndələri aşkarlanıb


Livanın hərbi birləşməsi və siyasi partiyası “Hizbullah”ın təsir dairəsi Yaxın Şərqlə məhdudlaşmır, onların nümayəndələri bir sıra dövlətlərdə fəallıq göstərirlər. Məsələn, şəbəkənin nümayəndələri Azərbaycanda aşkar ediliblər.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə brifinq zamanı Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin koordinatoru Nathan Sayles deyib.

"Hizbullah” şəbəkəsi Yaxın Şərqlə məhdudlaşmır ... “Hizbullah”ın keçmiş illərdəki fəallığı Azərbaycan, Bolqarıstan, Kipr, Nigeriya, Panama, Peru və Tailand kimi ölkələrdə ortaya çıxıb",-deyə koordinator vurğulayıb.

Politoloq,millət vəkili Rasim Musabəyov 1news-a müsahibəsində bildirib ki,Azərbaycanda "Hizbullah"ın gizli nümayəndələrinin olması istisna deyil.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.