Kaxa Kaladze çeçenləri dövlət düşməni adlandırıb


“Ölkənin enerji müstəqilliyinə qarşı çıxan, daha sadə bir şəkildə desək, dövlətin düşmənidir”. 24News xəbər verir ki, bunu Paytaxt Tbilisi şəhərinin Meri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, Pankisidə gördüklərimiz qətiliklə qəbuledilməzdir və mən əminəm ki, hər kəs qanuna görə məsuliyyət daşıyacaq. K.Kaladze bildirib ki, HES-ə qarşı təbliğat aparılır: "Bu rəftar mənim üçün tamamilə qəbuledilməzdir. Biz ölkənin inkişafı və gəlişməsi üçün su resurslarını mümkün qədər səmərəli istifadə etməliyik. Beş il mən enerji naziri oldum və biz heç vaxt Gürcüstanda olmadığı qədər Avropa standartlarına uyğun, hidroelektrik stansiyalar, külək elektrik stansiyaları, istilik elektrik stansiyaları və bu cür layihələrə görə bir çox layihələr həyata keçirmişik. Təəssüf ki, bu istiqamətdə müəyyən layihələrin həyata keçirilməsi çətindir. Ölkəmiz inkişaf edir, hər il iqtisadi artım var, elektrik enerjisi tələbatının artması, nəyə görə fərqli ölkələrdən asılı olmamız lazımdır? Ölkənin enerji müstəqilliyinə və enerji inkişafına qarşı olanların hamısı dövlətin düşmənidir ", - deyə Kaxa Kaladze bildirib. 

Qeyd edək ki, Pankisi dərəsində yaşayan çeçen əhali həmin ərazidə HES tikintisi zamanı təbiətin məhv edilməyinə qarşı etiraz ediblər. Etirazçılarla polis arasında toqquşma olub.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.