Rusiyanın Ermənistanın Erebuni aerodromunda yerləşən 3624-cü hava bazası “4++” nəslindən olan “Su-30CM” qırıcları ilə təchiz olunacaq. Qırıcıların hazırda bazada olan “MiQ-29” təyyarələrini əvəzləyəcəyi bildirilir. Ümumilikdə 18 ədəd “Su-30CM” qırıcısının tədarükü planlaşdırılır. Bu barədə TASS Rusiyanın Müdafiə Nazirliyindən olan mənbəyə istinadən məlumat yayıb. Aviabazanın “Su-30 CM” qırıcıları ilə tədarükü iki mərhələli şəkildə 2020-2021-ci illərdə gerçəkləşdiriləcək. Hazırda aviabazada pilotların təhkim olunduğu 18 ədəd “MiQ-29” qırıcısının hər birinin “Su-30CM” qırıcısı ilə əvəzlənəcəyi bildirilir.Azadpress.az