top of page

Avropa İttifaqı Azərbaycanı Rusiya təbliğatından qoruyacaq


Amerika Birləşmiş Ştatları, dezinformasiyaya və Rusiyanın müxtəlif ölkələrdəki seçkilərə müdaxiləsinə qarşı mübarizədə Avropa İtifaqı (Aİ) ilə həmrəylik nümayiş etdirmək niyyətindədir.

Virtualaz.org “The Washington Post” qəzetinə istinadən bildirir ki, bunu ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Paul Rayan deyib.

“Rusiya, ABŞ-da olduğu kimi, indi Avropada da demokratik seçkilərə müdaxilə edir və biz buna dözməyəcəyik”, - deyə konqresmen bildirib.

Rusiyanın başqa ölkələrdəki seçkilərə müdaxiləsinə ABŞ-ın Dövlət katibi Mayk Pompeo da şübhə etmir. Yüksək vəzifəli Amerika siyasətçisi hədələyib ki, Ağ Ev "başqa ölkələrin işlərinə müdaxilə etdiyi üçün Rusiyaya qarşı qiyməti artırmağa və sərt hərəkətlərə getməyə" hazırdır.

Onun fikrincə, Rusiya bir sıra ölkələrin, məsələn, Venesuelanın işlərinə müdaxilə edir. Rusiya Federasiyasına və Ukraynaya təsir göstərir: “Və bu təkcə 2016-cı ildə bizimlə baş verməyib, bütün dünyada belədir. Bütün bunlar ciddi və real müdaxilələrdir".

Bununla əlaqədar olaraq ABŞ-ın Dövlət katibi Rusiyadan Amerika demokratiyasının uğuruna zərbə vuran hərəkətlər etməməyi tələb edib: "Mövcud rəhbərliyin fəaliyyətindən artıq gördüyünüz kimi, zərərli fəaliyyətinin qarşılığında Rusiyaya qarşı qiymətlərin qaldırılmasına gətirəcək sərt addımlar atacağıq".

Qeyd edək ki, bir müddət əvvəl Avropa Parlamenti "Rusiya və başqa düşmən subyektləri tərəfindən" əks-təsir təbliğatı haqda qətnamə qəbul edib.

ABŞ-ın və Aİ-nin Rusiya informasiya siyasətinə qarşı mübarizə səylərini birləşdirmək niyyətini virtualaz.org-a şərh edərkən, Avropa Parlamentinin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Sajad Kərim bildirib ki, bu qərarı qəbul etmənin zəruriliyi Avropadakı demokratik proseslərin, "xarici oyunçular, o cümlədən Rusiya tərəfindən” sızdırılmasına dair əldə olunan təkzibedilməz sübutlara əsaslanırdı.

"Buna görə, biz demokratiyamızı xarici qəsdlərdən qorumalıyıq. Məsələn, mötəbər məlumatlar var ki, "brexit" üzrə kampaniyanın maliyyələşdirilməsi Rusiyadan aparılıb. Onu da sübut etmək olar ki, Marin Le Pen vəsaitləri Rusiyadakı banklardan birindən alırdı. Məlumdur ki, maliyyələşmənin belə sxemləri həmçinin Almaniyada, İtaliyada, Niderlandda, Belçikada və Polşada tətbiq olunub", - deyə Sajad iddia edir.

Avropa parlamentarisinin sözlərinə görə, sənədin mətnində birmənalı şəkildə qeyd olunub ki, o həm Avropa İttifaqı ölkələrinə, həm də onun tərəfdaşlarına, yəni Aİ-nin tərəfdaşlıq münasibətləri olan ölkələrə tətbiq ediləcək.

"Hesab edirik ki, biz, belə bir kampaniyanın bizdən də çox qurbanı olmuş ölkələrin təcrübəsindən öyrənə bilərik”, - deyə Sajad vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı yalnız Aİ ölkələrində deyil, həm də Aİ-nin tərəfdaş ölkələrində seçkilərə Rusiya müdaxiləsinə qarşı çıxacaq.

“Bəzi ölkələr bura daxil edilib, bəzilərinin adı bu siyahıda yoxdur, amma əmin olun ki, Azərbaycan, Gürcüstan və Ermənistan bizim tətbiq etmək niyyətində olduğumuz o ölçülərin altına düşür", - deyə Avropa parlamentarisi fikrini yekunlaşdırıb.Azadpress.az


bottom of page