top of page

İran qonşu ölkələri müharibə ilə hədələyir


İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər.

24News xəbər verir ki, bunu İran İslam Respublikasının "Xatəmul Ənbiya" qərargahının komandiri general-mayor Qulam Əli Rəşid bəyan edib.

“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

O bildirib ki, İran regionda müharibə arzulamır:

“Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik”.Azadpress.az


bottom of page