
Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "360" nəşri "Telegram-kanal"ında məlumat yayıb. Telekanalın məlumatına görə, hadisəyə göyərtədə yanğın səbəb olub. Təyyarədə 78 sərnişin olub.Onlardan 55 nəfər ölüb.Azadpress.az