top of page

"Vətəndaş tullantı avtomobil sürməyə məcbur olmamalıdır"-Ekspert


Neftçalada avtomobil zavodunun fəaliyyətə başlaması ilə ölkəmizdə minik avtomobillərinin istehsalında artım var.Lakin bu artım Azərbaycanın avtomobil parkında həlledici rol oynamır.

Bu haqda Azadpress.az saytına avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov bildirib.

O,qeyd edib ki, daxili istehsal hazırkı tələbatın heç olmasa,20% ni ödəyə bilmir:

"Bu da normal haldır.İstehsal prosesi hələ yeni başlayıb.Min ədəd istehsal olunub və satılıb. Zavod ildə 10 000 maşın istehsal etmək gücünə malikdir.Zamanla bu nəticə əldə edilə bilər. Onu da deyim ki,öz istehsalımız olan maşınlar Avropa,ABŞ və Yaponiyadan gətirilən yeni avtomobillərlə rəqib deyil. Ona görə də hazırkı gömrük və aksiz rüsumlarının yüksək olmasını daxili istehsala dəstək kimi dəyərləndirə bilmərik.Azərbaycanda avtomobil istehsalı indiki vəziyyətə daxili bazarda aparıcı rola malik deyil.Ona görə də idxalın artmasına və ya azalmasına təsir etmir.İldə 10 000 avtomobil istehsal olunsa,mümkündür ki.təsir etsin"

Ekspert,Azəbaycanda köhnə,yararsız maşınların çoxluğunu rüsumların yüksək olmasında görürür.

"Avto kreditlərinin bank faizlərinin, gömrük və aksiz vergisinin yüksək olması vətəndaşlara yeni maşın almağa imkan vermir.Bu səbəbdən də ucuz-yararsız,ekologiyaya və sağlamlığa zərər vuran maşınlar alıb sürüməyə məcburdurlar.Avtomobili kreditlə alarakən özəl banklar ilkin ödəniş olaraq maşının dəyərinin 40%-ni,illik isə 15-16% tələbi qoyurlar.Bu da fantastik rəqəmlərdir və təbii ki,alıcılara sərf eləmir.İlkin ödəniş 20%,illik isə 8%-9% civarında olsa,məqsədəuyğun olar"-deyə E.Cəfərov bildirib.Azadpress.az


bottom of page