top of page

“Toyota”nın Azərbaycanda rəsmi dileri Toyota Gəncə Mərkəzi tam yenilənib


Ötən həftə Gəncədə əlamətdar hadisələrdən biri Toyota Gəncə Mərkəzinin rekonstruksiyadan sonra fəaliyyətə başlaması oldu. Azərbaycanın qərb və mərkəzi aran bölgəsində yaşayan vətəndaşlar artıq məşhur Yaponiya brendinin təqdim etdiyi bütün fürsətlərdən yararlana biləcəklər.

“Toyota”nın Azərbaycanda rəsmi dileri Toyota Gəncə Mərkəzi tam yenilənib.Mərkəzin satış salonu,servis xidməti və ehtiyat hissələri bölümü yeni Toyota Avropa spesifikasiyasına uyğunlaşdırılıb.Artıq birbaşa olaraq Toyota Gəncə Mərkəzindən Corolla,Camry,Toyota C-HR,Rav4,Land Cruiser Prado,Land Cruiser 200,Fortuner,Hilux modellərini almaq olar. Toyota Gəncə Mərkəzindən əldə edilmiş yen avtomobilə 3 il və ya 100,000 km yürüş, zəmanəti verilir.Mərkəzin servis xidməti ən müasir avadanlıqlarla təhciz edilib, yeni mütəxəssislər cəlb edilib və “Toyota” distrübütoru tərəfindən sertifikatlaşdırılıb.

Orijinal və zəmanətli ehtiyat hissələrini də mərkəzdə əldə etmək mümkündür.Servisdə görülən işlərə rəsmi olaraq 6 ay zəmanət verilir.Hazırda Toyota Gəncə Mərkəzində bir sıra endirim kampaniyaları mövcuddur.İndi Toyotanızın rəsmi servisdə qulluq olunması daha sərfəlidir. Mərkəz Gəncə-Şəmkir şosesi 1-ci km ünvanında yerləşir.Telefon: (+994) 22 259 25 25.

“ISR Auto”ya aid olan Toyota Gəncə Mərkəzi 2014-cü ildən “Toyota”nın Azərbaycanda rəsmi dileridir.Mərkəz bu ilin aprel ayından tam yenilənərək vətəndaşların ixtiyarına verilrib.Azadpress.az


bottom of page