top of page

Gürcüstanda Saakaşvilinin həyat yoldaşına hücum olub


Gürcüstanın keçmiş prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərində hücuma məruz qalıb.

Gürcüstanın “Güc birlikdədir” siyasi birliyinin sədr müavini Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.O,bu gün orada terli TV-yə müsahibə verərkən bir qrup mülki geyinli şəxsin hücumuna məruz qalıb.Sandra Rulofsla birgə TV əməkdaşları da döyülüb və texnika sındlrlıb.

S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi. Qeyd edək ki, Zuqdidi bələdiyyəsinin meri vəzifəsi ötən ilin sentyabrında Laşa Gogianın istefasından sonra boş qalıb. Zuqdididə növbədənkənar mer seçkiləri bu ilin mayında keçiriləcək.Azadpress.az


bottom of page