top of page

Azərbaycanda yeni model yük maşınları istehsal ediləcək


Bu il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulmuş avtobus və yük avtomobilləri istehsalı zavodunun sahibi - “Azərmaş Sənaye” MMC aprelin 30-da Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Zavodun dəyəri 14 mln. manatdır.Zavod tam olaraq "Azərmaş" şirkətinə məxsusdur. Burada ildə, təxminən, 1 000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq.

2018-ci ilin aprel ayında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, Rusiya tərəfi azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.Azadpress.az Report-a istinadən.


bottom of page