top of page

Gürcülər bizim "Keşikçidağı" ermənilərlə birgə istifadə edəcək


“Azərbaycan və Gürcüstan xarici işlər nazirləri müavinlərinin Bakıda sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqları əsasən, Keşikçidağ kompleksi ətrafında gedəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, rəsmi Tiflis birmənalı şəkildə bu məbədin öz tərəfində qalmasında israrlıdır və danışıqlara da bu aspektdən yanaşır:

“Rəsmi Bakı bu məsələdə güzəştə getməsi mümkün deyil, çünki özündə ərazi mübadiləsini əks etdirən bu məsələ ölkəmizin maraqlarına uyğun deyil. Qəti şəkildə Keşikçidağ məbəd kompleksinin bir santimetrini də Gürcüstana güzəştə getmək olmaz.Gürcüstan bu kompleksi həm ermənilər üçün apostol kilsəsi, həm də gürcülər üçün provoslav kilsəsi kimi istifadəyə verməyi planlaşdırır. Bunun siyasi tərəfləri var. Hesab edirəm ki, dini erməni-gürcü birləşməsi siyasi müstəvidə ölkəmizə qarşı hərəkətə keçib. Buna görə də, Azərbaycan Gürcüstana heç bir güzəşt etməməlidir”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page