ABŞ İran ətrafına hərbi qüvvələri cəmləşdirməkdə davam edir.
Virtualaz.org xəbər verir ki, Birləşmiş Ştatlar donanmasının “McFaul” və “Gonzalez” raketdaşıyan gəmiləri Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil olub. Gəmilərin “Tomoqavk” raketləri ilə silahandığı bildirilir. Bundan əvvəl ABŞ-ın “Avraam Linkoln” təyyarədaşıyaı və bombardmançıların operativ qrupu regiona yeridilmişdi.
“Newsweek” həftəliyinin yazdığına görə ABŞ administrasiyasındakı “qırğılar” İranı kapitulyasiyaya məcbur etməyin planını cızıblar. Pentaqondakı mənbə bildirib ki, İrana qarşı fəaliyyət variantları Tehranı Vaşinqtonla danışıqlar masasına oturmağa məcbur etmək üçün güclü raket kampaniyasının aparılmasını nəzərdə tutur.
“Bu, qüvvələrin eskalasiyasından asılıdır. Lakin İran tərəfinin lovğalığından asılı olmayaraq əgər gündə 500 raket zərbəsi alsanız bu sizə ciddi ziyan vuracaq, məqsəd də elə budur. Sizin opponentiniz zəifləyəndə daha çox güzəşt əldə edəcəksiniz”-Pentaqonun İran planı ilə tanış olan mənbə deyib.
Bildirilir ki, hazırda Fars körfəzi regionuna təkcə raketlərin deyil, 120 minlik kontingentin yeridilməsi heç də müharibənin qaçılmaz olacağı mənasını vermir. Hərçənd toqquşma riski var və İran “nəsə təxribata əl atsa” toqquşma qaçılmaz olacaq.
Digər nüfuzlu Amerika nəşri “The New York Times” isə yazır ki, İran tərəfdən ABŞ-ın regiondakı maraqlarına dair təhdidlərin artması barədə daxil olmuş kəşfiyyat məlumatları Vaşinqton tərəfdən müharibənin planlaşdırılmasına haqq qazandırmır. Anonimlik şərti ilə danışan amerikalı rəsmi deyib ki, həmin planın təşəbbüskarı prezidentin milli təhlükəsizlik müşaviri Con Boltondur. Mənbənin bildirdiyinə görə, əslində Tramp administrasiyasının son bir il ərzində yürütdüyü sanksiya siyasətinin son məqsədi İranı ABŞ-la hərbi münaqişəyə cəlb etmək idi.Azadpress.az